Bakı və Abşeronda GÜCLƏNİR

11:54 09.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ölkə ərazisində avqustun 9-u saat 11:00-a olan faktiki hava açıqlanıb.

Hafta.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Goranboyda 19, Naftalanda eləcə də Bakıda və Abşeron yarımadasında 16m/s-dək güclənir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, dağlıq rayonlarda 30, Aran rayonlarında, eyni zamanda Naxçıvan MR-da 41 dərəcəyədək isti qeydə alınıb.